Qriqorçuk: "Savadlı futbol nümayiş etdirdik"

20:44 14 Fevral 2016

Azərbaycan Premyer Liqasının XXI turunun “Qəbələ” – “Sumqayıt” oyunundan (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.
 
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı mütəxəssis oyun haqda bu fikirləri səsləndirib:
 
“Qalib gəlməyimiz çox yaxşı oldu. Biz yaxşı oynadıq. Komandanın oyununu ona görə belə qiymətləndirirəm ki, qələbə qazandıq, daha çox hücumda olduq. Böyük qüvvə ilə müdafiə olunan komandaya qarşı savadlı futbol nümayiş etdirdik. Sadə gedişlərdən istifadə etdik. Bu gün bir neçə qol vura bilərdik. Amma təəssüf ki, yenə 1 qol vurduq. Biz istədiyimiz ideal üslubda oynamasaq da, rəqibə uyğun, taktiki cəhətdən düzgün çıxış etdik. Bəzi əks-hücum imkanlarından da daha yaxşı istifadə edə bilmədik. Onları daha kəsərli sonluğa çatdırmaq olardı. Biz rəqibin kimliyindən asılı olmayaraq, eyni taktiki düzülüşə üstünlük veririk. Bu üzdən də iki dayaq yarımmüdafiəçisi ilə mübarizə apardıq. Belə müdafiə xəttini keçmək üçün oynadığımız üslub da yetərli idi. Sergey Zenyovun keçidlərindən sonra yenə qol vurmaq imkanlarımız da oldu”.

 


Digər xəbərlər

Xəbər xətti