Çerniqov şəhərində ağır atletika üzrə Ukrayna Kuboku keçirilib. Ölkənin yetərincə güclü atletlərinin mübarizə apardığı yarış maraqlı alınıb. Bir müddət sonra keçiriləcək ölkə çempionatından əvvəl güc sınama baxımından Kubok yaxşı meydan rolunu oynayıb.
Turnirdə “Jidaçiv-Zirvə” atletləri də körpücük üzərinə çıxıblar. Onlardan üçü fəxri kürsüyə qalxmağı bacarıb.
Qadınlarda Yelizaveta Baranova +75 kq çəki dərəcəsində medala sahib çıxıb. O, 208 kq (94+114) nəticə ilə 3-cü yeri tutub.
Kişilərdə ilk olaraq Artur Qordişinski fərqlənib. O, 69 kq çəki dərəcəsində 272 kq (119+153) nəticə ilə gümüş medal əldə edib.
85 kq çəki dərəcəsində eyni uğuru Vitali Oleviç təkrarlayıb. O, 322 kq (152+170) nəticə ilə yalnız çempionu üstələyə bilməyib və 2-ci yeri tutub