"Arsenal" klubu yarımmüdafiəçi Məsut Özilin yayda başqa kluba keçməyəcəyi ümidini itirmir. Bu barədə "Teleqraf" nəşri məlumat verib.
Mənbənin xəbərinə görə, London təmsilçisi xavbeklə yeni müqavilə imzalamaq istəyir və onun həftəlik məvacibini 180 min funt sterlinqə qaldırmağı təklif edir.
Hazırda yarımmüdafiəçinin həftəlik qazancı 130 min funtdur.Almaniyalı yarımmüdafiəçi Aleksis Sançeslə birlikdə komandanın ən yükəsk ödənişli futbolçusudur.