Bu gün AFFA Futbol Mərkəzində yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində AFFA-nın Məşqçilər Komitəsinin üzvləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası ilə görüşüblər.
Sportarena.az xəbər verir ki, baş məşqçi Nazim Süleymanov fevralın 5-dən etibarən təlim-məşq toplanışında olan komandanın hazırlıq prosesi, məşqlər və yoxlama oyunları barədə ətraflı məlumat verib, gələcək planlar barədə danışıb. Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, komitənin üzvləri Ağasəlim Mircavadov, Şakir Qəribov və Böyükağa Hacıyev çıxış edərək müvafiq tövsiyələrini veriblər.
Qeyd edək ki, Məşqçilər Komitəsinin üzvləri fevralın 11-də AZAL, fevralın 13-də isə “Zirə” klubunun bazasında olub, klubların rəhbərliyi və məşqçi heyəti ilə görüşüb, məşq prosesini izləyiblər.
affa.az