“Oyunun gərgin keçəcəyini bilirdik. “Zirə” ideal bir komandadır. Çox gözəl oyun sərgiləyirlər. Amma Zirəyə qələbə üçün gəlmişdik.”
Sportarena.az xəbər verir ki, bu sözləri “Zirə” – “Rəvan” matçından(2:1) sonra “aslanlar”ın baş məşqçisi Bəhmən Həsənov deyib:
“Komandamızda zədəlilər və cəzalı futbolçuların olması bizi çətin durumda qoydu. Penalti epizodunu dəyərləndirəcəyik. Bilmirəm orda penalti var idi, ya yox. Ancaq futbolçularımdan razıyam. Rəqib güclü olsa belə biz yalnız bir məqsəd üçün oynadıq. Göstərmək istəyirik ki, heç bir komandadan zəif deyilik.”