"Lənkəranda mübariz bir komanda yaradılıb"

21:49 15 Fevral 2016

“Oyunun sonluğu daha gərgin oldu. Qol imkanlarımız oldu amma ikisindən istifadə edə bildik. Bu oyun bizim üçün çox vacib idi. 3 xalı qazanmağı çox istəyirdik. “
Sportarena.az xəbər verir ki,  bu sözləri “Zirə” – “Rəvan” matçından sonra ev sahiblərinin baş məşqçisi Adil Şükürov deyib:
“Bəzi oyunlar varki, orda fərqli sistemlə oynuyuruq. “Rəvan”la oyuna da qazanılası 3 xal kimi baxırdıq. Amma qarşıda bizi “Qarabağ”, “Qəbələ” kimi komandalarla oyun gözləyir. Bundan başqa “Neftçi” və “Xəzər Lənkəran”ı  da bu siyahıya əlavə etmək olar. Baxmayaraq ki, Lənkəran klubunda maddi sıxıntılar var amma mübariz bir komanda yaradılıb və bizi onlarla çətin  oyun gözləyir.”

 


Digər xəbərlər

Xəbər xətti