Fevralın 17-də və 18-də AFFA-nın təşkilatçılığı ilə klubların lisenziyalaşdırılması üzrə UEFA-nın seminarı keçiriləcək.
Sportarena.az xəbər verir ki, Bakıda lisenziyalaşdırma ilə bağlı UEFA-nın tədbiri keçiriləcək
UEFA-nın nümayəndələri ilə yanaşı, İspaniya, Rumıniya, Macarıstan, Türkiyə, Rusiya, Slovakiya, Çexiya, Ukrayna, Belarus, Latviya, Gürcüstan, Litva, Qazaxıstan və Moldova futbol federasiyalarının lisenziyalaşdırma üzrə mütəxəssislərinin iştirak edəcəyi seminarda aşağıdakı mövzular müzakirə olunacaq:
- Ötən Lisenziyalaşdırma mövsümünün icmalı və təhlili
- FİFA və UEFA-nın Klubların Lisenziyalaşdırılması üzrə qaydalarının müzakirəsi
- Lisenziyalaşdırma sisteminin inkişaf perspektivləri
Seminarda AFFA-nın lisenziyalaşdırma qrupunun və “Qəbələ” İdman Klubunun nümayəndələri çıxış edərək Azərbaycanda Lisenziyalaşdırma sesteminin tətbiqi ilə bağlı tədbir iştirakçılarına məlumat verəcəklər.
affa.az