Argentinada aşağı liqa komandaları arasındakı oyunda ölüm hadisəsi baş verib.
Sportarena.az xəbər verir ki, Kordoba əyalətinin Kampo de Ribera məntəqəsində keçirilən matçda hakimin futbolçulardan birinə qırmızı vərəqə göstərməsi oyunçunu əsəbiləşdirib. Futbolçu stadiondan ayrıldıqdan sonra əlində silahla yenidən meydana dönüb və hakimə 3 dəfə atəş açaraq qətlə yetirib. O, həmçinin, 25 yaşlı digər futbolçu - Valter Zarateyə atəş açaraq sinəsindən yaralayıb. Futbolçunun həyati təhlükəsi yoxdur.
Qeyd edək ki, hakimi öldürən futbolçu isə qaçmağa nail olub və axtarışdadır.