"Barselona"nın braziliyalı ulduz futbolçusu Neymarın vergidən yayındığı üçün başı bəlaya girib.
Sportarena.az aparılan araşdırmalar nəticəsində Neymar və ailəsi 2011-2013-cü illərdə açdığı şirkətlərlə 14 milyon avro həcmində vəsaiti vergi orqanlarının hesabına köçürməkdən yayınıb. Bu səbəbdən San-Paulo məhkəməsi ulduz futbolçunun 40 milyon avro dəyərindəki şəxsi təyyarəsinə, yaxtasına və bank hesablarında olan pullarını əlindən alıb.