Blan: "Onu Parisə mən gətirdim amma..."

14:55 16 Fevral 2016

Xəbər verdiyimiz kimi fevralın 13-də PSJ-nın müdafiəçisi Serj Orye sosial şəbəkədə baş məşqçi Loran Blanı və bir neçə komanda yoldaşını təhqir etdiyinə görə məşqlərdə iştirak etmək qadağan edilmişdi.
Sportarena.az xəbər verir ki, futbolçunun təhqir etdiyi  fransalı mütəxəsis Loran Blan onun bu hərəkətindən təəssüfləndiyini bildirib.

"Necə reaksiya verdim? Çox pis. İstədiyini deyə bilər. Demokratiyadır, fikir azadlığı var. Lakin dedikləri klubun nüfuzuna zərər vurur. İki il öncə onu mən Parisə gətirdim amma onun mənə etdiklərinə baxın. Düşünmürəm ki, hər hansı klub belə şeydən sığortalanıb. Xüsusilə sosial medianın geniş yayıldığı şəraitdə. Heç kim təhlükəsiz deyil".


Digər xəbərlər

Xəbər xətti