"Boka Xuniors"un futbolçusu Karlos Tevez karyerasını Çində davam etdirə bilər.
Sportarena.az xəbər verir ki, Çinin "Şanxay İst Eyşa" klubu argentinalı futbolçuya rəsmi təklif göndərib. Lakin Tevez bu təklifi qəbul etməyib. Çünki Tevez Çində oynamaq istəməyib.
Qeyd edək ki, 32 yaşlı futbolçu "Şanxay İst Eyşa"nın təklifini qəbul edəcəyi təqdirdə ilinə 22,5 milyon avro qazanacaqdı.