Yığmamız turnirin ikinci günü 2 medal qazandı

15:53 16 Fevral 2016

Antalyada G1 kateqoriyalı “Turkish Open” beynəlxalq taekvondo turniri davam edir.

Sportarena.az xəbər verir ki, turnirin ikinci günündə mübarizəyə qoşulan gənclərdən ibarət yığma komandamız aktivinə 2 bürünc medal əlavə edib.

Turnirdə 68 kiloqram çəki dərəcəsində mübarizə aparan Ələsgər Əliyev və Orxan Tağızadə (78 kq-dan yuxarı) yarımfinalda məğlub olaraq yarışı bürünc medalla başa vurublar.

Xatırladaq ki, turnirin ilk günündə kişilərdən ibarət yığma komandamızın üzvləri Sina Bahrami (63 kq) qızıl, Məmmədalı Quliyev (58 kq) isə bürünc medal qazanmışdı.

Turnir komandamızın reytinq xalları yığması baxımından önəm kəsb edir.

Milli komandamız Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, baş məşqçi Reza Mehmandoust və böyük məşqçi Elnur Amanovun rəhbərliyi altında Türkiyəyə yollanıb.


Digər xəbərlər

Xəbər xətti