"Real"la oyun öncəsi "Roma"ya şad xəbər

17:13 16 Fevral 2016

Çempionlar Liqasının 1/8 final mərhələsində doğma meydanda "Real"la qarşılaşacaq "Roma" klubu oyun öncəsi şad xəbərə sevinib.

Sportarena.az xəbər verir ki, komandanın aparıcı futbolçuları Françesko Totti və Danele De Rossi artıq sıraya dönüblər. Zədələrini sağaldan hər iki oyunçu İspaniya klubu ilk görüşdə meydana çıxa biləcəklər. De Rossi sonuncu dəfə fevralın 2-də, Totti isə yanvarın 30-da meydana çıxmışdı. 

Qeyd edək ki, "Roma" - "Real" oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.


Digər xəbərlər

Xəbər xətti