"Mançester Yunayted"in akademiyası sabiq futbolçusuna həvalə edildi

17:58 16 Fevral 2016

"Mançester Yunayted"in keçmiş futbolçusu Niki Batt klubun akademiyasına rəhbər təyin edilib.
 
Sportarena.az xəbər verir ki, "Mançester Yunayted"in futbol akademiyasının yetirməsi və futbolçusu Niki Batt bu vəzifəni tutduğuna görə fəxr etdiyini bildirib:
"Bu vəzifəni daşımaq böyük bir məsuliyyətdir. Bu məktəbin yetirməsi olduğumu üçün yeni futbolçuların yetişidirlməsində rol oynamağım mənim üçün böyük şərəfdir.
Məqsədimiz dəyişməz olaraq qalır. Əsas komandaya hazır , universal və hansı komandada oynayacaqlarını dərk edən futbolçular hazırlamalıyıq".

Qeyd edək ki, 41 yaşlı Batt "Mançester Yunayted"in yetirməsidir. O , əsas komandada  1992-2004-cü illərdə 387 oyun keçirib , 6 dəfə İngiltərə çempionu olub , 3 dəfə ölkə kubokunu və 1 dəfə də çempionlar liqasını qazanıb.


Digər xəbərlər

Xəbər xətti