“Kəpəz” bu gündən Azərbaycan Premyer Liqasının XXII turunda səfərdə qarşılaşacağı “İnter” ilə oyunun çalışmalarına başlayıb.
Sportarena.az xəbər verir ki, Bakıda məşq edən komandanın ilk hazırlığı dəniz kənarında baş tutub.
Məşq planına əsasən, sabah “sarı-göylər” “Dalğa Arena”da məşq edəcəklər. Paytaxt klubu ilə oyundan öncəki hazırlıq prosesi isə görüşün keçiriləcəyi “İnter Arena”da olacaq.
Qeyd edək ki, “İnter” – “Kəpəz” matçı fevralın 19-da saat 15:00-da başlayacaq.
kapazpfc.az