"Milan" klubu futbolçusu Antonio Noserino ilə yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, 30 yaşlı futbolçu ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.
İtaliyalı yarımmüdafiəçinin karyerasını Amerikada davam etdirəcəyi gözlənilir. Kakanın da formasını geyindiyi "Orlando Siti"nin Noserino ilə yaxından maraqlandığı bildirilir.