Şahin Diniyevin Namiq məyusluğu: "O, "Qarabağ"a məxsusdur"

00:02 17 Fevral 2016

“Fasilədən sonra komandamız yaxşı başlayıb. Futbolçuların göstərdiyi oyundan razıyam. 3 oyundan ikisində qələbə qazanmağı bacarmışıq. “Qarabağ”la oyunda məğlubiyyətə layiq deyildik. Oyunun ədalətli nəticəsi bərabərlik olardı. Təbii ki, biz “Qarabağ”a uduzduğumuza görə utanmırıq. Çünki Qurban Qurbanovun çox güclü  komandası var.”

Bu sözləri Sportarena.az saytına açıqlamasında “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib. Təcrübəli mütəxxəsis “Qarabağ”dan icarəyə götürdükləri Namiq Ələsgərovu komandada saxlamaq istədiyini də vurğulayıb.
“Namiq çox güclü futbolçudur. “Qarabağ” rəhbərliyinə təşəkkür edirəm ki, onun bizdə oynamasına şərait yaratdılar. Amma Namiqin “Qarabağ”la müqaviləsi var və mayda qayıtmalıdır. Çox istəyərdim ki, Namiqi komandada saxlayım amma burda bizim edə biləcəyimiz bir şey yoxdur. O, “Qarabağ”a məxsusdur.”
Diniyev 22-ci turda qarşılaşacaqları “İnter”lə oyun barədə bunları deyib:
“Çempionatdakı bütün oyunlara xüsusi hazırlaşırıq. “İnter”lə oyunlar həmişə çətin keçir. Aramızdakı xal fərqi də 1-dir. Buna görə matç daha gərgin keçəcək. Amma qələbə qazanmaq üçün çalışacağıq”

 


Digər xəbərlər

Xəbər xətti