PSJ futbolçusunu sərt cəzalandırdı

11:55 17 Fevral 2016

PSJ kot-d`ivuarlı müdafiəçisi Serj Oryeni cəzalandırıb. 

Sportarena.az xəbər verir ki, bir müddət əvvəl  futbolçu sosial şəbəkədəki hesabından komandanın baş məşqçisi Loran Blan, o cümlədən İbrahimoviç, Qreqori van der Vil və Salvatore Siriqunu təhqir etmişdi. Bu səbəbdən futbolçu klubun əvəzedici komandasına göndərilib. Bundan başqa, müdafiəçi 180 min avro cərimələnib.

Qeyd edək ki, Fransa mətbuatında yayılan məlumatlara görə Paris klubu futbolçunu mövsüm sonunda 20 milyon avroya satışa çıxaracaq.


Digər xəbərlər

Xəbər xətti