"Neftçi"yə gəldikdən sonra ölkəmizdə bir neçə klubda çıxış edən və milliləşdirilib Azərbaycan millisinə cəlb olunan Branimir Subaşiç maraqlı açıqlamalar verib.
Sportarena.az xəbər verir ki, "Neftçi TV"yə danışan serb əsilli hücumçu buraya gəlişi və karyerası ilə bağlı bir çox məqamlara toxunub.
Xatırladaq ki, hazırda ölkəsinin "OFK Belqrad" klubunda çıxış edən 33 yaşlı forvard Azərbaycanda 2005–2008 "Neftçi", 2010–2011 "Qəbələ", 2011–2013 "Xəzər Lənkəran" və 2013-cü ildə "Qarabağ"ın şərəfini qoruyub. O, 2007–2013-cü illər aralığında isə millimizin formasını geyib.
Sizi həmin videomüsahibə ilə tanış edirik: