FİFA referisi Cüneyt Çakır Türkiyənin həvəskarlar liqasının oyununa təyinat alıb.
Sportarena.az xəbər verir ki, referi sözügedən liqada bu həftə keçiriləcək "Beykozspor" - "Küçükköyspor" matçını idarə edəcək.
Qeyd edək ki, 50 xalla 3-cü pillədə qərarlaşan "Beykozspor" qrupdan çıxmaq üçün mütləq qələbə qazanmalıdır. 53 xalla 2-ci pillədə qərarlaşan "Küçükköyspor"u isə heç-heçə də qane edir.