Azərbaycan Premyer Liqasının XXII turunda keçiriləcək "Rəvan" - "Qəbələ" matçına əyalət klubu ciddi itki ilə çıxacaq.
Sportarena.az xəbər verir ki, "Qəbələ" klubunun kapitanı Dodonun zədəsi tam sağalmadığı üçün Qriqorçuk futbolçunu meydana buraxmayacaq.
Qeyd edək ki, "Rəvan" - "Qəbələ" matçı fevralın 21-i saat 16:30-da "Bayıl Arena"da start götürəcək.