Sambo üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib

22:55 17 Fevral 2016

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Kompleksində sambo üzrə Bakı birinciliyi keçirilib.

Birincilikdə 167 idmançı 13 çəki dərəcəsi üzrə mübarizə aparıb.

Birincilikdə Müşfiq Zeynalov (24 kq), Əli İsgəndərzadə (26 kq), Həsən Əhmədov (28 kq), Səid Qəmbərli (30 kq), Nicat İsmayılov (32 kq), Rza Əliyev (35 kq), Toğrul İbrahimov (38 kq), Məhəmməd Məmmədov (41 kq), Fərid Niyazov (45 kq), Tağı Adilov (49 kq), Rəvan İslamzadə (53 kq), Elşən Seyfullazadə (57 kq) və Orxan Məcidli (57 kq) qızıl medal qazanıblar.

İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar. 


Digər xəbərlər

Xəbər xətti