Avropa Liqasında 1/16 final mərhələsinin oyunları davam edir..
Sportarena.az xəbər verir ki, bu gün 1/16 final mərhələsində daha 15 oyun keçiriləcək.
Günün maraqla gözlənilən matçı Almaniya nəhəngi "Borussiya"nın "Porto" ilə qarşılaşmasıdır.
Saat 22:00-da start götürəcək "Fiorentina" - "Tottenhem", “Midtyulland” – “Mançester Yunayted” və “Vilyareal” – “Napoli” matçları da maraqlı mübarizə vəd edir.
Gecə yarısından sonra da azarkeşləri bir çox maraqlı mübarizələr gözləyir. Belə ki, sonuncu dəfə 5 il öncə Avroliqada çıxış etmiş "Qalatasaray" klubu "Latsio" ilə matçda uğur qazanmaq üçün əlindən gələni edəcək.
Gecənin digər maraqlı qarşılaşması yenə Almaniyada olacaq. "Auqsburq" doğma meydanda İngiltərə nəhəngi "Liverpul"u qəbul edəcək.
"Marsel" - "Atletik", "Valensiya" - "Rapid" matçları da gecənin maraqla gözlənilən matçlarıdır.
18 fevral
Avropa Liqası, 1/16 final ilk oyunlar
00:05. “Auqsburq” (Almaniya) – “Liverpul” (İngiltərə) 0:0
00:05. “Qalatasaray” (Türkiyə) – “Latsio” (İtaliya) 1:1
00:05. “Marsel” (Fransa) – “Atletik” (İspaniya) 0:1
00:05. “Şaxtyor” (Ukrayna) – “Şalke” (Almaniya) 0:0
00:05. “Syon” (İsveçrə) – “Braqa” (Portuqaliya) 1:2
00:05. “Sparta” (Çexiya) – “Krasnodar” (Rusiya) 1:0
00:05. “Sportinq” (Portuqaliya) – “Bayer” (Almaniya) 0:1
00:05. “Valensiya” (İspaniya) – “Rapid” (Avstriya) 6:0
22:00. “Anderlext” (Belçika) – “Olimpiakos” (Yunanıstan) 1:0
22:00. “Borussiya” (Dortmund, Almaniya) – “Porto” (Portuqaliya) 2:0
22:00. “Fiorentina” (İtaliya) – “Tottenhem” (İngiltərə) 1:1
22:00. “Midtyulland” (Danimarka) – “Mançester Yunayted” (İngiltərə) 2:1
22:00. “Sevilya” (İspaniya) – “Mölde” (Norveç) 3:0
22:00. “Sent-Etyen” (Fransa) – “Bazel” (İsveçrə) 3:2
22:00. “Vilyareal” (İspaniya) – “Napoli” (İtaliya) 1:0