Çempionlar Liqasının 1/8 final mərhələsində “Roma” ilə görüşdə "Real" klubunun ulduz futbolçusu Kriştiano Ronaldo daha iki rekorda imza atıb.
Sportarena.az xəbər verir ki, "Roma" ilə matçda portuqaliyalı futbolçu “pley-off” mərhələlərində 59-cu oyununa çıxmış olub. O, bu göstərici ilə ən çox oyun keçirən “Barselona”nın sabiq kapitanı Xavi Ernandesə çatıb. Futbolçu "Roma" ilə görüşün cavab matçında də iştirak etsə, bu rekordu yeniləyəcək.
Futbolçu eyni zamanda ÇL-in pley-off mərhələlərində vurduğu qolların sayını 40-a çatdıraraq adını tarixə yazdırıb.
Qeyd edək ki, Ronaldo cari mövsümdə isə ÇL-də qollarının sayını 12-yə çatdırıb.