Çin klubundan daha bir transfer

11:18 18 Fevral 2016

Çin klubu olan "Şanxay Şenuya" daha bir transfer ilə gündəmə gəlib.

Sportarena.az xəbər verir ki, klub Amerikanın "Sitl Sonders" komandasının futbolçusu Obafemi Martinsi transfer edib. Bu barədə futbolçu özü açıqlama verib:
"İndi həyatımda yeni bir macəra zamanıdır. Çin Superliqasında çıxış edən "Şanxay Şenuya" klubundan gələn təklifi qəbul etdim. Hər şey üçün təşəkkür edirəm", - deyə futbolçu bildirib.
Futbolçunun neçə illik müqavilə imzaladığı məlum deyil.

Qeyd edək ki, futbolçu "Sitl Sonders" klubunun heyətində çıxdığdı 72 rəsmi oyunda 40 qol vurub və 23 qol ötürməsi edib.


Digər xəbərlər

Xəbər xətti