İsveç yığması və PSJ-nin futbolçusu Zlatan İbrahimoviç karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.
Sportarena.az xəbər verir ki, forvard özü bunun mümkünlüyünü istisna etməyib.
Çox güman ki, Joze Mourinyonun baş məşqçi təyin ediləcəyi halında 34 yaşlı hücumçu təklifi qəbul edəcək.Əvvəllər portuqaliyalı mütəxəssis "İnter"də İbrahimoviçlə birgə çalışıb.
Qeyd edək ki, cari mövsümdə Zlatan PSJ-nin heyətində 20 oyuna 21 qol vurub.