Azərbaycan U-17 millisinin baş məşqçisi Təbriz Həsənov “Xəzər Lənkəran”a hədə-qorxu gəlib.
Sportarena.az xəbər evrir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu “facebook”dakı şəxsi hesabında yazıb:
“Azərbaycanın aşağı yaş qrupları üzrə millilərinin niyə əsas milliyə futbolçu verə bilməməsi səbəblərindən biri - Yusif Həsənovla İbrahim Qədirzadə U-17 yığmasının əsas üzvləridir. Bu iki futbolçudan başqa həmin yaş qrupunda Premyer Liqada çıxış edən milli üzvü yoxdur. İndiyə qədər bütün toplanışlarda iştirak ediblər. Son bir ayda isə daimi toplanışların sayı bitib tükənmək bilmir. Qarşıda klubumuzun iki oyununu nəzərə alıb, hər iki futbolçunun ayın 23 və 25-də olan yoxlama oyunlarından azad olunmasını istəmişik. İndi millinin məşqçiləri, Təbriz Həsənov başda olmaqla kluba hədə qorxu gəlirlər ki, o uşaqları birdə milliyə çağırmayacağıq. Adamlar hələ də anlamır ki, bu iki futbolçunun Premyer Liqada oyunu bunların boş-boş turnir və yoxlama oyunlarından üstündür”.