UEFA Ermənistan Futbol Federasiyasını cəzalandıra bilər.
Sportarena.az xəbər verir ki, İrəvanın "Uliss" klubunun lisenziyası danışılmış oyunlara görə görə ləğv olunub. Bunun da nəticəsində Ermənistan yüksək liqasında cəmi yeddi komanda qalıb.
UEFA-nın qaydalarına görə, ölkə çempionatlarında ən azı 8 komanda iştirak etməlidir. Hal-hazırda Ermənistan çempionatında 7 komanda qaldığına görə, böyük ehtimalla UEFA bu çempionatı tanımaqdan imtina edəcək.