"Şalke"nin futbolçusu hava limanında soyuldu

21:56 18 Fevral 2016

Almaniyanın "Şalke" klubunun futbolçusu Denis Aoqo hava limanında  reportaj verərkən soyulub.

Sportarena.az xəbər verir ki, Avropa Liqasının 1/16 final mərhələsində "Şaxtyor" ilə qarşılaşacaq "Şalke" klubunun futbolçusu matçdan öncə reportaj verərkən çantasını reklam löhvəsinin arxasında saxlayıb. Reportaj bitdikdən sonra futbolçu çantasını tapa bilməyib.

Hadisədən sonra futbolçu açıqlamasında:
"Reportaj verərkən soyuldum. Çantamı reklam löhvəsinin arxasında qoymuşdum. Lakin sonra onu tapa bilmədim. İçində təyyarə biletim, pasportum və kompyuterim vardı", - deyə bildirib.


Digər xəbərlər

Xəbər xətti