Azərbaycan cüdoçuları Almaniyada

23:49 18 Fevral 2016

Sabah Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə Qran-Pri beynəlxalq turnirinə start veriləcək. 3 gün davam edəcək mötəbər yarışda Azərbaycan cüdoçuları da mübarizə aparacaqlar. İlqar Müşkiyev, Şahin Qəhrəmanov zədəli olduqlarına görə Düsseldorf turnirində iştirak etməyəcəklər.

Almaniya Qran-Prisində ölkəmizin şərəfini Orxan Səfərov, Vüqar Şirinli (hər ikisi 60 kq), Tərlan Kərimov, Hidayət Heydərov (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Əbdülhəq Rəsullu, Rüstəm Alimli (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev, Ramin Qurbanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq) və Aişə Qurbanlı (48 kq) qoruyacaq. İki gündür yarışın keçirildiyi şəhərdə məskunlaşan cüdoçularımız milli komandanın baş məşqçisi Piter Zayzenbaherin rəhbərliyi altında məşqlərini davam etdirirlər.

Çin Qran-Prisində ayağından ciddi zədələnən Nicat Şıxəlizadə də komanda ilə birlikdə məşq edib. Həkimlər onun Düsseldorf turnirində iştirakına icazə verməyiblər. Nicat və millinin digər üzvləri Qran-Pridən sonra Almaniyanın Köln və Berlin şəhərlərində olacaq, təlim-məşq toplanışlarında iştirak edəcəklər. 


Digər xəbərlər

Xəbər xətti