Turnirin ilk günündə taekvondoçularımızdan 7 medal

10:10 19 Fevral 2016

Azərbaycan taekvondoçuları Türkiyədə keçirilən yarışlarda uğularını davam etdirir.
Sportarena.az xəbər verir ki, Antalyada təşkil edilən  “TURKİSH OPEN” beynəlxalq turnirinin ardından4-cü klublararası Avropa çempionatında ölkəmizi təmsil edən  Gilan TK  taekvondoçuları, yarışın ilk günü 2 qızıl,3 gümüş və 2 bürünc,  ümumilikdə isə 7 medal qazanmışlar.

Kişilər arasında komanda hesabında birinci pilləyə sahib olan “Gilan” taekvondo klubunun baş məşqçisi Elnur Amanovun yetirmələrindən -58 kq çəki dərəcəsində mübarizəyə qatılan Zəlimxan Rəşidov və yığma komandanın heyətində son dünya kubokunun sahibi Məhəmməd Məmmədov (-63 kq) rəqiblərinə şans verməyərək qızıl medala yiyələnib.

 I Avropa Oyunlarının qalibləri Axyan Tağızadə (-68 kq) və Radik İsaev (+87 kq),eləcədə -74 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Namaz Heydərov finalda məğlub olaraq gümüş medala layiq görülmüşdür.

Klubun digər üzvlərindən Məcid  Sofiyev (-54 kq) və Milad Beigi Hərçəqani (-80 kq) isə yarışla yarımfinal mərhələsində vidalaşmalı olub.Qeyd edək ki,növbəti iki gün ərzində Sumqayıt O.İ.K və Təhsil R.İ.M-nin idmançıları qüvvələrini sınayacaq.


Digər xəbərlər

Xəbər xətti