Antonio Konte “Çelsi” klubunun rəhbərliyi ilə görüşüb.
Sportarena.az xəbər verir ki, İtaliya milli komandasının baş məşqçisi Konte "Çelsi" rəhbərliyi ilə Romada görüşüb.
46 yaşlı mütəxəssislə klub rəhbərliyi arasında anlaşmanın təfərrüatları açıqlanmır.
"Çelsi"nin prezidenti Roman Abramoviç klubun baş məşqçi vəzifəsində Antonio Konteni görmək istədiyini bildirib.
Qeyd edək ki, hazırda “Çelsi”ni müvəqqəti olaraq hollandiyalı mütəxəssis Qus Hiddink çalışdırır.