"Oyundan öncə bəzi problemlərimiz var idi. İki futbolçumuz dünən mənə oynaya bilməyəcəklərini bildirmişdi. Matçdan öncə keçirilən məşqdə cəmi 12 futbolçu var idi".
Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının XXII turunda "Kəpəz"ə qalib gələn "İnter" klubunun baş məşqçisi Zaur Svanadze deyib.
Baş məşqçi komandasının bu gün gözəl oyun sərgilədiyini vurğulayıb: "Heyətdəki bəzi problemlərimizə baxmayaraq qələbə qazandıq. Bu məni çox sevindirdi. "Kəpəz"in necə komanda olduğunu bilirdik. Onlara qarşı güclü hazırlaşmışdıq. Komandam bu gün yaxşı oynadı və qalib gəldi. Növbəti turda qarşılaşacağımız "Qarabağ"la görüşümüz də çox çətin keçəcək".