Avropa Liqasının 1/16 final mərhələsində “Mançester Yunayted” Danimarkanın “Midtyulland” klubuna məğlub olub (2:1).
Sportarena.az xəbər verir ki, oyundan sonra mətbuat konfransında “Midtyulland”ın futbolçusu Kristofer Olson maraqlı açıqlama ilə yadda qalıb.
Futbolçu açıqlamasında: “Onlar çox yavaş oynayır. “Mançester Yunayted”ə qarşı oynamaq həmişə çətin olur. Amma mən nə zaman onlara qarşı oynamışamsa, o klubda həqiqi bir lider olmadığını görmüşəm. Onların futbolçuları zəif olduqlarını fikirləşirlər. Biz bunu hiss etdik və bundan yararlandıq”, - deyə bildirib.
Qeyd edək ki, Olson 2013/14 mövsümündə İngiltərənin “Arsenal” klubunda çıxış edib.