UEFA-nın keçirdiyi sorğu nəticəsində portuqaliyalı futbolçu Kriştian Ronaldo cari oyun həftəsinin ən yaxşı oyunçusu seçilib.
Sportarena.az xəbər verir ki, ulduz futbolçu keçirilən sorğuda Jonas ("Benfika"), Yulian Draksler ("Volfsburq") və Kevin Trappı (PSJ) qabaqlayıb.
Qeyd edək ki, Ronaldo ÇL-da ümumilikdə 89 qol vurmaqla bombardirlər cədvəlinə də başçılıq edir.