İtaliyada ŞOK: "Yuventus"un avtobusu partladıldı

11:14 20 Fevral 2016

Dünən İtalya A seriyasında keçirilən "Boloniya" - "Yuventus" matçından (0:0) öncə "qoca sinyora" şok hadisə ilə üzləşib.

Sportarena.az xəbər verir ki, XXVI tur çərçivəsində "Boloniya" ilə matça gedərkən "Yuventus" klubunun avtobusuna əl istehsalı olan bomba atılıb. Partlayış nəticəsində "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri yaralanıb. Hadisədən sonra verilən açıqlamada baş məşqçinin yarasının ciddi olmadığı bildirilib.

Qeyd edək ki, hadisənin "Boloniya" azarkeşləri tərəfindən törədildiyi iddia olunur.


Digər xəbərlər

Xəbər xətti