Samir Abbasovdan qələbə şərhi

16:57 20 Fevral 2016

"Komandamın oyunundan narazılığım yoxdur. İkinci hissədə istədiyimiz kimi oynaya bilmədik. AZAL-la görüş bizim üçün önəmli idi. Komandam bu qələbə ilə həm oyunlara motivasiya olacaq, həm də psixoloji təzyiqi üstümüzdən götürəcək".
 
Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının XXII turunda keçirilən "Sumqayıt" - AZAL matçından (2:0) sonra "kimyaçılar"ın baş məşqçisi Samir Abbasov deyib.

Baş məşqçi komandasının əvvəlki kimi inamlı oyun oynamadığını vurğulayıb:
"Artıq 3 oyun idi ki, məğlub olurduq. Bu oyunda qələbə qazanmaq bizim üçün çox əhəmiyyətli idi. Futbolçularım belə bir vəzifənin öhdəsindən gəldiyi üçün onlara təşəkkür edirəm. Komandam əvvəlki kimi inamlı oyun oynamır. Bunun səbəbini bilmirəm. Amma çalışacağıq bunu düzəldək. Qarşıdakı oyunlara baxacağıq". 


Digər xəbərlər

Xəbər xətti