Qurban Qurbanov: “Neftçi” bu il bizim üçün həmişə..."

20:18 20 Fevral 2016

“Çox yaxşı oyun keçdi. “Neftçi” bu il bizim üçün həmişə çətin komanda olub. Daha çox gənclərdən qurulmuş və çox istəkli bir komandadır. Çox sürətli hücumlar qurduqlarını bilirdik. Buna görə də yaxşı hazırlaşmışdıq və istədiyimizə çatdıq. Vacib olan üç xalı  əldə edə bildik”.

Sportarena.az xəbər verir ki, bu sözləri “Qarabağ” – “Neftçi” matçından (2:0) sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Baş məşqçi uzun müddət futboldan uzaq qalmış və bu gün meydana çıxan Rahid Əmirquliyev ilə Muarrem Muarrem haqqında da fikir bildirib:

“Hər iki futbolçudan razıyam. Baxmayaraq ki, bir neçə ay futboldan uzaq qalıblar amma məşqlərdə öz fərdi bacarıqlarını inkişaf etdirməyə çalışırlar. Çox disiplinli futbolçulardır. Bu xüsusiyyətlərinə görə bu futbolçuları komandaya dəvət etmişəm. 
Amma hər iki futbolçu tam gücünü göstərə bilmir. Buna səbəb Muarremin 3-4 ay futboldan uzaq qalması və Rahid Əmirquliyevin də zədə səbəbi ilə 1 ay oynaya bilməməsidir. Əminəm ki, bu iki futbolçu formasını bərpa etdikdən sonra daha gözəl oyun sərgiləyəcəklər”.


Digər xəbərlər

Xəbər xətti