Dünya Kubokunun ikinci günü gimnastlarımız üçün uğurlu oldu

22:35 20 Fevral 2016

Fevralın 20-də idman gimnastikası üzrə Dünya “Challenge” Kuboku yarışlarının ikinci gününə yekun vurulub.

Sportarena.az xəbər verir ki, Azərbaycanı kişi gimnastikası üzrə yarışlarda Oleq Stepko və Petro Paxnyuk, qadınlar arasında isə Marina Nekrasova və Yuliya İnşina təmsil ediblər. Dünya Kubokunun ikinci günündə kişilərin dayaqla tullanma, paralel qollar, turnik hərəkətlər üzrə təsnifat yarışları keçirilib. Qadın atletlər isə sərbəst hərəkətlərdə və gimnastika tirində mübarizə aparıblar.

Yarışın ikinci günündə təsnifat mərhələsinin nəticələrinə əsasən, “Bakı-2015” ilk Avropa Oyunlarında beş medala layiq görülmüş Azərbaycan idmançısı Oleq Stepko dayaqla tullanma, paralel qollar, turnikdə hərəkətlər, qadın təmsilçilərimizdən Marina Nekrasova isə gimnastika tiri və sərbəst hərəkətlər üzrə yarışlarda adlarını finala yazdırıblar.

Azərbaycanda ilk dəfə təşkil olunan bu mötəbər turnir birinci Avropa Oyunlarında gimnastikanın altı növü üzrə yarışlara ev sahibliyi etmiş Milli Gimnastika Arenasında keçirilir. 


Digər xəbərlər

Xəbər xətti