Cüdoçumuz Almaniyada millimizin ilk medalını qazandı

01:34 21 Fevral 2016

Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə Qran-Pri beynəlxalq turniri davam edir. 

Sportarena.az xəbər verir ki, turnirin ikinci günü cüdoçumuz Rüstəm Orucov millimizin aktivinə 1 medal yazdırıb. Belə ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov finalda Yaponiya təmsilçisi, dünya çempionu Şoşei Onoya uduzaraq Qran-Prinin gümüş medalını qazanıb.


Digər xəbərlər

Xəbər xətti