Bu gün Azərbaycan Premyer Liqasında 22-ci tura yekun vurulur.
Sportarena.az xəbər verir ki, turun son oyun günündə ilk oyun Lənkəranda baş tutacaq. Yerli komanda "Zirə"ni qonaq edəcək. Maraqla gözlənilən matç saat 14:00-da start götürəcək.
Turun son oyunu isə "Rəvan" və "Qəbələ" komandaları arasında keçiriləcək. Bayılda oynanılacaq matç 16:30-da başlayacaq.
21 fevral (bazar)
“Rəvan” – “Qəbələ” 0:1
Qol: Arif Daşdəmirov 77
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Munis Abdullayev, Xəlil Xəlilov
“Bayıl Arena”, 16:30
“Xəzər Lənkəran” – “Zirə” 0:2
Qollar: 16' [0-1] Yovan Krneta, 73' [0-2] Nelson Bonilla
Hakimlər: Ramil Diniyev, Cavanşir Yusifov, Vüqar Bayramov, Elvin Əsgərov
“Xəzər Lənkəran” mərkəzi stadionu, 14:00