"Qarabağ"ın futbolçusu Muarem Muaremin sportarena.az saytına müsahibəsi:
- “Neftçi”ni 2:0 hesabı ilə məğlub etdiniz. Oyun barədə fikirlərin.
- Çətin oyun olacağını bilirdik. “Neftçi” son oyunlarda gözəl çıxış edir. Bizdə bu görüşə yaxşı hazırlaşmışdıq və qalib gəldik.
-Əvvəllər də “Neftçi” ilə oyunlarda forma geyinmisən. İndiki “Neftçi” ilə əvvəlki arasında fərq çoxdur?
- Gördüyünüz kimi çox çətinliklər çəkdik. Yaxşı oynadılar, mübarizə apardılar. Məncə getdikcə “Neftçi” əvvəlki gücünə qayıdacaq.
- Bəs Muarem necə əvvəlki gücünə nə zaman qayıdacaq?
- Mən də buna çalışıram. Türkiyədə olduğum 5-6 ay ərzində cəmi 4-5 oyuna çıxdım. Oyun praktikası baxımından əziyyət çəkirəm amma üzərimdə çox işləyirəm.
- Oyun parktikanın az olmağı və heyətdə sənə az şans verilməsi səni ruhdan salmır.
- Hər oyunçu oynamadığı zaman problemləri olur. Amma bu məni ruhdan salmır çalışıram əvvəlki formama qayıdım.
- Çoxları bu oyunun daha bol qollu olacağını və aqresiv keçəcəyini gözləyirdi. Amma tərsi oldu.
- Belə yaxşıdı. Məncə bütün oyunlar belə keçməlidir. Aqresivliyə meydanda yer yoxdu.
- Cari mövsümdə “Neftçi”yə qalib gələ bilməmişdiz. Bu oyun öncəsi Qurban Qurbanov xüsusi nəsə tapşırmışdı sizə?
- Elə bir tapşığı olmadı bizə məşqçinin. AZAL-la oyunda da yaxşı oynadıq, baxmayaraqki məğlub olmuşduq. Qurban Qurbanov da bizə yaxşı oynadız, belə də davam edin demişdi.
- Qələbələri sıralayırsız və rəqiblərinizdən aralanmısız. Bu gedişlə martın ortalarına çempionluğu rəsmiləşdirəcəyinizi demək olar?
- Çempionluq haqqında indidən nəsə danışmaq hələ çox tezdir. Düzdür xal fərqi kifayət qədərdir. Amma hələ tezdir nəsə deməyə.
-Gələn turda “İnter”lə qarşılaşacaqsınız. Bu oyun barədə nə deyə bilərsən?
- “İnter”in matçlarını izləyirik. Son turda “Kəpəz”i məğlub etdilər. Yuxarı pillələr uğrunda mübarizə aparan komandadır, o səbəddən çətin olacaq.
Vüsal YALÇINOĞLU