İkiqat Azərbaycan çempionu öldürüldü

15:18 21 Fevral 2016

Azərbaycanda gənc idmançı öldürülüb.

Sportarena.az musavat.com-a istinadən xəbər verir ki, kikboks üzrə ikiqat Azərbaycan çempionu Elmir Cəlilov vəfat edib.

Bu barədə deputat, Azərbaycan Kikboksing Federasiyasının prezidenti Adil Əliyev Facebook-da yazıb. O, gənc idmançının ölümünün səbəbini açıqlamayıb.

Azərbaycan Kikboksinq Federasiyası mərhum idmançının ailəsinə başsağlığı verib.

Sayt yazır ki, idmançı qətlə yetirilib. Hadisə Gəncədə baş verib. Şəhərin Əttarlar küçəsində, "Kəpəz" mehmanxanasının qarşısında Elmir Cəlilov öz avtomobilində güllələnib.


Digər xəbərlər

Xəbər xətti