"Barselona"nın futbolçusu Neymar Yay Olimpiya Oyunlarında iştirak etməyə bilər.
Sportarena.az xəbər verir ki, Kataloniya klubu 24 yaşlı futbolçunu bu turnirə buraxmaq fikrində deyil. Belə bir hadisə baş verəcəyi təqdirdə qarşısına bir neçə şərt qoyacaq. Turnir zamanı futbolçunun məvacibini Braziliya Futbol Federasiyası ödəməlidir. Zədə baş verəcəyi təqdirdə isə sığorta da federasiya tərəfindən verilməlidir. Bu barədə UOL Esporte məlumat verib.
Qeyd edək ki, əgər Neymar Rio olimpiadasında iştirak edərsə , "Barselona"nın mümkün bəzi oyunlarını buraxa bilər. Bu oyunlar arasında mövsümün nəticələrindən asılı olaraq İspaniya superkuboku və Avropa superkubokunun yer alması ehtimalı mövcuddur.