Bəhmən Həsənov üsyan etdi: "Hər zaman "Rəvan"ın haqqı yeyilib"

18:56 21 Fevral 2016

"Oyun çox gərgin keçdi. Deməzdimki "Qəbələ" bizdən güclü oynadı. Biz yaxşı müdafiə olunurduq."
Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"yə 0:1 hesabı ilə məğlub olan "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov deyib. Həsənov hakimlərdən narazılığını da dilə gətirib:
"Hər zaman "Rəvan"ın haqqı yeyilib. Bu dəfə də hakimlər haqqımızı yedilər. Ələ top dəyirsə, birmənalı penaltidir. Mənim fikrimcə rəqib komandanın futbolçuları iki dəfə əllə oynadı amma penalti verilmədi. Bir epizodda da top Cəmşidin qarnına dəymişdi amma qapımızda cərimə zərbəsi təyin olundu. Ümumiyyətlə hakim oyunu aşağı səviyyədə keçirdi. Hər zaman da biz hakimlərin haqsızlığı ilə qarşılaşırıq. Çox təəssüf edirəm uduzduq. Hakimə də sağol deyirəm."


Digər xəbərlər

Xəbər xətti