"Oyundan razıyam. Birinci hissədə komandanın oyunundan razı qalmadım amma ikinci hissədə daha yaxşı oynadılar."
Sportarena.az xəbər verir ki, bu sözləri "Rəvan"ı 1:0 hesabı ilə məğlub edən "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib:
"Kəpəz"lə oyundan sonra futbolçularla söhbətimiz oldu. Həmin oyundan sonra da futbolçular daha da aqresiv mübarizə aparırlar. Zədəli olan Dodo və Antonovun tezliklə heyətə qayıtmasını gözləyirəm. Zets və Zenyovun zədələnməsini istəmərəm. Top buraxmamaq yaxşı məqamdır amma heç bir halda 1:0-lıq qələbə üçün oynamırıq. Daha çox qol vurmağa çalışırıq."