Azərbaycan Premyer Liqasının 22-ci turunda keçirilən "Rəvan" - "Qəbələ" matçında qonaqlar 0:1 hesablı qələbəyə sevindi.
Oyundan sonra sportarena.az saytına açıqlama verən "Qəbələ"nin futbolçusu Sergey Zenyov bunları deyib:
"Çətin oyun idi amma qələbə qazandıq. Əsas odur ki, 3 xal qazandıq. Ayağımda ağrılar var. Zədəli ayağıma çoxlu zərbələrə endirildi. Qış fasiləsdində yaxşı hazırlaşmışam. İndidə çalışıram üzərimdə, inanıramki hər şey yaxşı olacaq. Ardıcıl qələbələr komandadakı vəziyyəti daha da yaxşılaşdırıb. Biz də qələbələrin davamlı olması üçün əlimizdən gələni edirik."