Azərbaycan Premyer Liqasının 22-ci turunun son oyununda "Qəbələ" "Rəvan"ı 1:0 hesabı ilə məğlub edib.
Matçdan sonra "Qəbələ"nin futbolçusu Aleksey Qay sportarena.az saytına açıqlama verib:
“Çətin oyun oldu amma qələbə qazana bildik. Penalti epizodları barədə onu deyə bilərəm ki, mən bir epizodu gördüm. Və elə epizodlara penalti təyin olumur. “Rəvan”ın etirazları yersiz idi. Fikrimcə gözəl oyun oldu və komandalar nəticədən razı qalmalıdır. “Rəvan”a zəif komanda deməzdim. Biz yaxşı oynmadıq, çalışdıq və qazandıq. Bundan sonra da yaxşı hazırlaşıb qarşıdakı oyunlarda da qələbə qazanmağa çalışacağıq.
Az qol vurmağımıza gəlicə, biz bunun fərqindəyik və bunun üstündə işləyirik. Məşqlərdə əsas buna görə çalışırıq. İnanıramki gələcəkdə yaxşı olacaq."