"Bayer" - "Borussiya" oyununda maraqlı hadisə: hakimlər meydanı tərk etdi

23:28 21 Fevral 2016

Bundesliqanın XXII turunda bu gün keçirilən "Bayer" - "Borussiya" (Dortmund) matçının 66-cı dəqiqəsində maraqlı hadisə baş verib. Oyunun baş hakimi Feliks Tsvayer Leverkuzen klubunun baş məşqçisi Roqer Şmidti texniki zonadan qovub.

Ancaq 48 yaşlı alman mütəxəssis texniki zonanı tərk etməkdən imtina edib. Hakimlər briqadası isə buna etiraz olaraq tam heyətlə meydanı tərk ediblər.

Şmidt davranışını belə əsaslandırıb ki, meydandan qovulmaq haqda qərarı ehtiyat hakimdən yox, şəxsən baş hakimdən eşitmək istəyirdi.

9 dəqiqəlik fasilədən sonra Şmidt texniki zonanı tərk edib, hakimlər isə meydana qayıdıb. Matç "Borussiya"nın 1:0 hesablı qələbəsi ilə bitib.


Digər xəbərlər

Xəbər xətti