"Trabzonspor"un futbolçusu hakimə qırmızı vərəqə göstərdi

00:25 22 Fevral 2016

Türkiyə Super Liqasında "Qalatasaray" - "Trabzonspor"(2:1) oyununda maraqlı hadisə yaşanıb.
Sportarena.az xəbər verir ki, oyun 86-ci dəqiqəsində Kavanda Umut Buluda etdiyi hərəkət sonrasında qırmızı vərəqə görüb. "Trabzonspor" futbolçuları penalti və qırmızı karta etiraz edən zaman yerə düşən qırmızı vərəqəni əlinə alan Salih Dursun hakimə göstərib. Bu işarə ilə hakimə sən meydanı tərk etməlisən deyən Salih də meydandan qovulub.
Qeyd edək ki, 2:1 hesabı ilə məğlub olan "Trabzonspor" klubu 4 qırmızı vərəqə alıb və oyunu 7 futbolçu ilə tamamlaylıb.


Digər xəbərlər

Xəbər xətti